22 dekabr 2023 at 14:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329790
T T
0 Persons

Tags

Əl-Vifaq Cəmiyyəti: Bəhreynin ABŞ dəniz ittifaqına qoşulması Fələstinə xəyanətdir

Tehran - İRNA - Bəhreyn Əl-Vifaq Cəmiyyəti Baş katibinin müavini deyib: “Ali-Xəlifə rejiminin Qırmızı dənizdəki Amerika koalisiyasına qoşulması Fələstin xalqına, İslam və Ərəb ümmətlərinə xəyanətdir.”

İRNA-nın cümə günü Bəhreyn KİV-lərinə istinadən verdiyi məlumata görə, Şeyx Hüseyn əd-Deyhi əlavə edib: “Bəhreyn xalqı sionist rejimin maraq və cinayətlərini müdafiə etmək və Fələstin xalqının blokadasının sərtləşdirilməsində iştirak etmək məqsədi daşıyan bu koalisiyaya qoşulması qarşısında səssiz qala bilməz.”

O qeyd edib ki, Bəhreyn hökuməti bu çirkin koalisiyada iştirak etməklə Fələstin xalqının qanını tökməkdə şərik olur.

“Bəhreyn İsrailə xidmət istiqamətində alətə çevrilməməlidir və biz Bəhreyn xalqı olaraq bu xəyanətin bir parçası olmağı qəbul etmirik” - deyə, Əd-Deyhi vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .